Paytaxt sakini bıçaqlandı

Yasamal rayonunda bıçaqıama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 23-də Müşfiq Xəlilova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş Bakı şəhər sakini İbrahim Pirəliyev tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31