Xalça oğrusunda marixuana aşkar edilib

Paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Rəşad Qasımova məxsus 2 ədəd xalçanı oğurlanıb. DİN-dən verilən məlumata görə, xalçanı oğurlayan Şamaxı şəhər sakini, əvəllər məhkum olunmuş Famil Umudov Nizami Rayon Mühafizə İdarəsi əməkdaşları tərəfindən tutularaq 24-cü PB-yə təhvil verilib. Onun üstünə baxış zamanı 5,36 qram marixuana aşkar edilərək götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31