Piyadanı vuran sürücü saxlanıb

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sabunçu RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vasif Əhmədovun ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi törətmiş "KİA" markalı avtomobilin sürücüsü - Bakı şəhər sakini Zahid Qasımov tutulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31