“Şahdaq”da oğurluq baş verib

Qusar "Şahdağ" Qış-Yay Turizm Kompleksində oğurluq baş verib. DİN-dən verilən məlumata görə, Qusar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 22-də "Şahdağ" Qış-Yay Turizm Kompleksindən 600 metr elektrik kabeli oğurlamış rayon sakinləri Vüsal Balayev və Arif Rəsulov tutulublar. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31