Göyçayda bir-birinə bitişik 2 ev yanıb
25 Avqust 2015 12:38 KriminalGöyçay şəhərində vətəndaşa məxsus 5 otaqlı evdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 130 kv.m olan birmərtəbəli 5 otaqlı evin çardağının yanar konstruksiyaları 12 kv.m sahədə və bitişik evin ümumi sahəsi 108 kv.m olan birmərtəbəli 3 otaqlı çardağının yanar konstruksiyaları 16 kv.m sahədə yanıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31