Novxanıda 1 otaqlı ev yanıb

Binəqədi rayonu, Novxanı qəsəbəsində vətəndaşa məxsus mənzildə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 20 kv.m olan 1 otaqlı mənzildə xalça, mənzilin giriş qapısı və qismən soyuducu yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 06:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31