Xaçmazda 1 nəfər suda batıb
25 Avqust 2015 12:36 KriminalFövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə Xaçmaz rayonu, Müqtədir qəsəbəsində dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 1500 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin suda batması haqqında məlumat daxil olub. FHN-dən verilən məlumata görə, hadisə yerinə Şimal dalğıc axtarış qrupunun xilasediciləri cəlb edilib. Xilasedicilər tərəfindən 1995-ci il təvəllüdlü Əsgərov Orxan Xəyal oğlunun cəsədi sudan tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31