Qusarda iki ev birdən yandı

Qusar rayonu, Avaran kəndində vətəndaşa məxsus 6 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 250 kv.m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları 125 kv.m sahədə və yaxınlıqdakı tikintisi başa çatmamış ümumi sahəsi 160 kv.m olan 2 mərtəbəli evin dam örtüyü 40 kv.m sahədə yanıb. Hər iki evin qalan hissələri yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31