Masallı rayonu, Çaxırlı kəndində vətəndaşa məxsus 3 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə umumi sahəsi 156 kv.m olan 3 otaqlı evin yanar konstruksiyaları 80 kv.m, dəhlizin tavanı 10 kv.m sahədə və ev əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31