Nərimanovda sex yanıb
25 Avqust 2015 12:33 KriminalBakı şəhəri, Nərimanov rayonunda vətəndaşa məxsus sexdə yanğın qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə umumi sahəsi 80 kv.m olan plastik qapı-pəncərə sexinin yanar konstruksiyaları 70 kv.m sahədə və yaxınlıqda olan ümumi sahəsi 6 kv.m. gözətçi otağın yanar konstruksiyaları yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31