Bakıda kafe yanıb

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus kafedə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə umumi sahəsi 148 kv.m olan kafenin köməkçi otağında elektrik paylayıcısı və lambirdən ibarət tavan 1 kv.m sahədə yanıb. Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31