İmişlidə 2 otaqlı ev külə dönüb

İmişli rayonu, Sarıxanlı kəndində vətəndaşa məxsus 2 otaqlı evdə yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 40 kv.m olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bitişik olan yaşayış evi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31