Samur Abşeron kanalından 51 yaşlı kişi meyidi tapıldı
2 Oktyabr 2012 19:42 KriminalSamur Abşeron kanalının Siyəzən rayonu ərazisindən keçən hissəsindəki sudurulducu hövzədən naməlum kişi meyidi tapılıb. Meyidi sözügedən ərzidə işləyən traktorçu aşkarlayıb və bu barədə hüquq mühafizə orqanlarına məlumat verib. Hüquq mühafizə orqanları əməkdaşlarının ərazidə apardığı araşdırmalar nəticəsində meyidin 20 gün əvvəl itkin düşən 51 yaşlı Siyəzən rayon Balaca Həmyə kənd sakini Rüstəmov Rüstəm Həmdulla oğluna aid olduğu müəyyənləşib. Mərhumun ailəsi meyidin üzərindəki döymələrdən və metal dişlərdən onu tanıyıb. "OLAYLAR" rtv.az-a istinadən məlumat verir ki, Rüstəm Rüstəmovun qohumlarından aldığımız məlumata görə o, bu ilin sentyabr ayının 13-də evdən çıxıb və geri qayıtmayıb. Onun meyidi müayinə olunmaq üçün Xaçmaz rayon morquna gətirilib.Rüstəm Rüstəmov əvvəllər məhkumluq həyatı yaşayıb. Ailəlidir, 3 övladı var.