Sabunçi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, avqustun 23-də gecə saat 23 radələrində Sabunçu rayonunun Kürdaxanı qəsəbəsində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini Vasif Əhmədov vurulub. Xəstəxanaya yerləşdirilmiş V.Əhmədov orada ölüb. Sabunçu RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31