Hamamdan pul oğurlayanlar tutulub
24 Avqust 2015 16:27 KriminalAvqustun 23-də Binəqədi rayonu ərazisində yerləşən "Şah" hamamının xəzinəsindən 1845 manat oğurlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş orada işləyənlər - Yevlax rayon sakini Kərimxan Kərimov, Ağdaş rayon sakini Vüsal Əyyublu və Ucar rayon sakini Hüseyn Cəfərzadə tutulublar.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31