Lənkəran şəhər sakinindən 12 kiloqram narkotik vasitə götürülüb

Lənkəran şəhər sakinində xeyli miqdarda marixuana və tiryət aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Bölgəsində Regional Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhər sakini Ramin Tağıyevdən 6 kiloqram 575 qram marixuana və 5 kilolqram 140 qram tiryək götürülüb. Araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31