Polis maşınla həmkarını vuraraq aradan çıxıb
24 Avqust 2015 15:52 KriminalAvqustun 23-də saat 01 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində polis serjantı Aydın Babayev xidmətdən kənar vaxtı idarə etdiyi "Mercedes" markalı avtomobillə orada "BMW" markalı avtomobildə xidmətdə olan Bakı BPİ DYPİ YPX-nin inspektoru, polis serjantı Samir Dənziyevi vurub hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, S.Dənziyev xəstəxanaya yerləşdirilib. Görülmüş tədbirlərlə A.Babayev saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31