Avtomobil vuran naməlum kişi xəstəxanada ölüb

Binəqədi rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 15-də Binəqədi rayonu ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 40-45 yaşlı kişi xəstəxanaya yerləşdirilib. O, avqusun 22-də aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31