Vətəndaşdan zorla pul və mobil telefon alan tutulub

Yasamal rayonunda soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Qaçay Qardaşova zor tətbiq edib 30 manatını və mobil telefonunu soyğunçuluq yolu ilə almış şəxs tutulub. Araşdırma zamanı onun İmişli rayon sakini Samir Nuriyev olduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31