Talvar otla birgə yanıb

Sabirabad rayonu, Qaragünə kəndində vətəndaşa məxsus həyətyanı sahədə ümumi sahəsi 98 kv.m olan talvarın yanar konstruksiyaları və altına yığılmış 15 ton ot bağlamasının 9 tonu yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məkumata görə, ot bağlamasının qalan hissəsi yanğından mühafizə olunub. Həmçinin Abşeron rayonu, Saray qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 12 kv.m olan yardımçı tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31