Lənkaranda inzibati binada yanğın olub
24 Avqust 2015 13:53 KriminalLənkəran rayonu, Viyən kəndində inzibati binada yanğın olub. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 1920 kv.m olan 1 mərtəbəli inzibati binanın bir otağının yanar konstruksiyası 40 kv.m, digər otağın tavan hissəsi 10 kv.m və dam örtüyünün yanar konstruksiyaları 10 kv.m sahədə yanın. İnzibati binanın qalan hissəsi yanğından muhafizə olunub. Yanğın saat 02:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31