Lökbatanda toy yasa çevrildi
24 Avqust 2015 12:49 Kriminal22 avqust 2015-ci il tarixində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yenicə ailə qurmaq üçün Şadlıq sarayına tələsən toy karvanı yasa bürünüb. Belə ki, sürücünün səhlənkarlığı və sürət həddini düzgün seçməməsi səbəbindən işıq dirəyinə çırpılan nəqliyyat vasitəsində olan yaşlı qadın aldığı zərbə nəticəsində hadisə yerindəcə dünyasını dəyişib. Hadisə baş verən yerə rayonun müvafiq polis bölməsinin əməkdaşları da cəlb olunub. Hadisə ilə əlaqədar olaraq, Bakı şəhər Dövlət Yol Polisinin əməkdaşları tərəfindən müvafiq işlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31