17 iş adamının həbs müddəti uzadıldı
21 Avqust 2015 18:11 KriminalBeynəlxalq Banka kredit borcu olub qaytarmadığı üçün həbs edilən bütün 17 iş adamının həbs müddəti uzadılıb. Bunu virtualaz.org saytına açıqlamasında vəkil Kamandar Nəsibov deyib. K.Nəsibovun sözlərinə görə, həbs edilən bütün biznesmenlər DİN Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin ("Bandotdel") və Ədliyyə Nazirliyinin 1 saylı istintaq təcridxanalarında saxlanılırlar. Xatırladaq ki, bir neçə ay əvvəl ölkənin onlarla aparıcı iş adamı "Bandotdel" əməkdaşları tərəfindən saxlanılıb. Onlar Beynəlxalq Bankdan götürdükləri kreditləri qaytara bilmədikləri üçün qanun qarşısında cavab veriblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31