Bankomatdan başqasının pulunu çıxaran şəxs saxlanıb

Cari il iyul ayının 23-də Sabirabad şəhər sakini Anar Əsgərov RPŞ-yə müraciət edərək həmin gün Kapital bankın bankomatından onun hesabında olan 361 manat pulunun oğurlanmasını bildirib. DİN-dən verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğun şəhər sakini Nicat Əliyev tərəfindən törədilməsi müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31