Gəncənin Nizami rayonunda vətəndaşa məxsus mağazadan oğurluq etmiş şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Vahid Xəlilova məxsus mağazadan 400 manat, tütün məmulatı və danışıq kartları oğurlamış şəhər sakini Rafət Mehdiyev tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31