Sumqayıtda silsilə oğurluğun üstü açılıb

Sumqayıt şəhərində oğurluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 16-da Şıxəli Hacıəliyevin evindən qızıl üzük və kompyuter oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Tarıyel Rzayev tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Elçin Hacıəliyevin və Naibə Bədəlovanın evlərindən məişət əşyaları oğurlaması da müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31