Bakıda piyada avtomobil qəzasında ölüb
21 Avqust 2015 15:40 KriminalQaradağ rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qaradağ rayonunun Sahil qəsəbəsində Bakı şəhər sakini Elşən İbarahimov idarə etdiyi "Hyundai" markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub. Ağır bədən xəsarətləri alan piyada hadisə yerində keçinib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31