Daha bir iş adamı axtarışa verilib
21 Avqust 2015 15:18 KriminalAzərbaycanda daha bir iş adamı axtarışa verilib. APA-nın məlumatına görə, "Şatl" MMC-nin təsisçisi və rəhbəri Sərvər Şeyxov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq - külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilir. Məlumata görə, S. Şeyxov dəfələrlə vergi və bank borcları ilə bağlı dəfələrlə məhkəməyə verilib. Lakin o borcları ödəməkdən boyun qaçırıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31