Döyüb pulunu və üzüyünü aldılar - Bakının mərkəzində

Bakıda soyğunçuluq edən 2 nəfər tutulub. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, avqustun 19-da Nəsimi rayonu ərazisində 2 naməlum şəxs Bakı şəhər sakini Əli Quliyevi döyüb, habelə bıçaqla hədələyərək 52 manatını və üzüyünü alıblar. Nəsimi RPİ 20-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Asiman Yusifli və Salyan rayon sakini Əli Əliyev tutulublar. Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31