İki nəfəri öldürüb, 3 nəfəri yaralayan Türkiyə vətəndaşı ömürlük cəza aldı

Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri qətlə yetirməkdə və 3 nəfərə ağır xəsarət yetirməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Əjdər Şener Mustafanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Bu barədə "OLAYLAR"a məhkəmədən məlumat verilib. Prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Hökmə əsasən, təqsirləndirilən şəxs ömürlük azadlıqdan məhrum edilib. İttihama görə, 2011-ci il noyabrın 6-da Sumqayıt şəhəri, "Yaşıldərə" bağlar sahəsində yeni tikilən evlərdən birində yaşayan Türkiyə vətəndaşı 1981-ci il təvəllüdlü Ə. Ş. Mustafa ailə münaqişə zəminində bıçaqla qayınatası Əziz Soltanovu və qayınanası İntizarı qətlə yetirib. O, daha sonra arvadı Günelə, qayını Ramala və baldızı Aynurəyə isə xəsarət yetirərək hadisə yerindən qaçıb.
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31