Bakıda silahlı qarşıdurma, Maştağa sakini qətlə yetirildi
2 Oktyabr 2012 16:34 Kriminal. Bakıda güllələnmə hadisəsi baş verib. Bu barədə "OLAYLAR"a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumata görə, hadisə oktyabrın 1-də Xəzər rayonu ərazisində baş verib. Albalılıq yaşayış sahəsində tikintisi başa çatmamış evdə, Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ramin Babayevin odlu silahdan qətlə yetirilmiş meyiti tapılıb. Hadisəni qisas məqsədilə törətmiş Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş Ağamirzə Quliyev tutulub. A.Quliyevdən 1 ədəd "TT" markalı və 1 ədəd "Naqan" markalı tapança və 6 ədəd patron götürülüb. "Naqan" tipli tapançanın R.Babayevə məxsus olması ehtimal olunur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31