Vəhhabi falçı xalasını bıçaqladı - UCARDA
20 Avqust 2015 17:14 KriminalUcar rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. APA TV-nin məlumatına görə, 29 yaşlı Qaracallı kənd sakini Ruslan Mövlud oğlu Əbdülrəhmanov xalası, 50 yaşlı Məlahət Zeynal qızı Qafarova bir neçə zərbə vurub. Məlumata görə, Məlahət Qafarova rayonda falçılıqla məşğul olub. Onun bacısı oğlu vəhhabi təriqətinə etiqad etdiyi üçün bunu qəbul etməyib. Onların arasında dəfələrlə mübahisələr yarandığı deyilir. Bıçaqlanan qadın Göyçay Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hadisəni törədən şəxs saxlanılıb, araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31