“Ford”un vurduğu piyada hadisə yerində ölüb

Kürdəmirdə ölümlə nəticələn yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Kürdəmir rayonunun Qarabucaq kəndində Göygöl rayon sakini Elyar İsgəndərov idarə etdiyi "Ford" markalı avtomobillə yolun kənarında dayanmış Bakı şəhər sakini Asif Əhmədovu vurub. Nəticədə piyada hadisə yerində ölüb. Həmçinin Qəbələ rayonunun Zarağan kəndində rayon sakini Murad Musayev idarə etdiyi "Opel" markalı avtomobillə yolun kənarında dayanmış həmyerlisi Xəqani Əliyevi vurub. X.Əliyev hadisə yerində ölüb. Hər iki faktla bağlı BDYPİ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31