Narkotik qaçaqmalçılığının qarşısı alınıb

Astara Gömrük İdarəsinin yük şöbəsində İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşı Nazari Balaxanın idarə etdiyi "Dong Feng" markalı yük avtomobilinə xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, baxış zamanı N.Balaxanın hərəkətləri şübhə doğurduğuna görə onun üzərində şəxsi yoxlama aparılıb və nəticədə 2 ədəd bükümdə, ümumi xalis çəkisi 0,850 qram olan narkotik vasitə - tiryək aşkar olunub. Faktla bağlı təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31