Sabirabadda bərbərxana yanıb

Sabirabad şəhərində vətəndaşa məxsus iaşə obyekti yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 80 kv.m olan bərbərxananın və hamam otağının qamış və lambirdən ibarət tavanı 10 kv.m sahədə yanıb. Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31