Siyəzən şəhər sakini ehtiyatsızlığından su kanalına düşərək boğulub. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, avqustun 19-da Siyəzən şəhərində şəhər sakini Rəhman Kamilov ehtiyatsızlığından "Taxta Körpü" su kanalına düşərək boğulub. Onun meyitinin tapılması istiqamətində tədbirlər görülür.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31