Salyan sakini həmyerlisini bıçaqladı

Salyan rayonunda bıçaqlama hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, Salyan RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 15-də Xeyrulla Əsgərova bıçaqla xəsarət yetirməklə sağlamlığına ağır zərər vurmuş şəhər sakini Abduləli Qurbanov tutulub. Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31