Bankomatdan oğurluq edən saxlanıb
19 Avqust 2015 17:14 KriminalAvqustun 7-də Pirallahı qəsəbə sakini İsmayıl Abbasov RPŞ-yə müraciət edərək içərisində 417 manat, sənəd və hesabında 540 manat olan bankomat kartı olan pul kisəsini itirməsini bildirib. DİN-dən verilən məlumata görə, araşdırmalar zamanı pul kisəsinin qəsəbə sakini Aygün Əliyeva tərəfindən oğurlanması və kartın hesabında olan 540 manatın çıxarılması müəyyən edilib. Faktla əlaqədar cinayət işi başlanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31