Tövlə yandı, yaxınlıqdakı ev mühafizə edildi
19 Avqust 2015 16:16 KriminalSabirabad rayonu, Ulacalı kəndində vətəndaşa məxsus tövlə içərisindəki otla birgə yanıb. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, nəticədə ümumi sahəsi 15 kv.m olan tövlənin qamışdan ibarət dam örtüyü 5 kv.m sahədə və 17 ton ot bağlamasının 8 tonu yanıb. Tövlənin, ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Həmçinin İsmayıllı rayonu, Kəlbənd kəndində vətəndaşa məxsus ümumi sahəsi 56 kv.m olan tövlənin yanar konstruksiyaları və 50 ton ot bağlaması yanıb. Yanğın zamanı tövlənin içərisində olan 2 ədəd xırdabuynuzlu heyvan yanaraq tələf olub. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31