FACİƏ: ailənin 5 üzvü qəzada öldü
19 Avqust 2015 15:03 KriminalTürkiyədə bir ailənin 5 üzvünün ölümü ilə nəticələn ağır yl-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Antalya şəhərində sərnişin avtobusu ilə avtomobil toqquşub. Hadisə yerinə çox sayda təcili tibbi yardım maşınları və polis əməkdaşları cəlb olunub. Maşında olan 15 yaşlı Ayşə Öztürk yaralı vəziyyətdə sıxılmış maşının içindən çıxarılıb. O, təcili olaraq xəstəxanaya çatdırılıb. Minik avtomobilində olan 43 yaşlı Yalçın Öztürk, 39 yaşlı İsmayıl Öztürk, Zeynəb Öztürk, 13 yaşlı Səməd Öztürk və 9 yaşlı Enes Öztürk hadisə yerində ölüb. Qəzaya minik avtomobilinin yüksək sürətlə sərnişin avtobusunun yoluna çıxdığı səbəb göstərilib. Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31