Goranboyda ağır qəza: 1 ölü, 2 yaralı

Avqustun 18-də saat 22 radələrində Goranboy rayonunda ağır yol qəzası baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Səfikürd kəndində rayon sakinləri Bəxtiyar Ələsgərovun idarə etdiyi "HOVO" və Sarif Məmmədovun idarə etdiyi "Nissan" markalı avtomobillər toqquşub. Nəticədə S.Məmmədov hadisə yerində ölüb, 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Goranboy RPŞ tərəfindən araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31