Binəqədidə qəza: ölən var
19 Avqust 2015 15:02 KriminalAvqustun 18-də Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, saat 21 radələrində Binəqədi rayonunun Biləcəri qəsəbəsində Xırdalan şəhər sakini Eldar Kərimov idarə etdiyi "Daewoo" markalı avtomobillə yolu keçən 55-60 yaşlı kişini vurub. Piyada hadisə yerində ölüb. BDYPİ tərəfindən araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31