Azərbaycanlılar 2 milyardlıq saxta pendir satdılar
19 Avqust 2015 13:04 KriminalRusiyanın Moskva vilayətində pendir qaçaqmalçıları saxlanılıblar. Fırıldaqçılar Rusiyaya sanksiyalaşdırılmış ərzaq gətirirdilər. Xüsusi avadanlıqla təmin edilmiş anbarda onlar aparıcı istehsalçıların saxta etiketlərini çap edirdilər və saxtalaşdırılmış malı bahalı pendir növləri adı altında mağazalara çatdırırdılar. Oxu.az bildirir ki, cinayətkar qrupun hələlik 6 üzvü həbs edilib. Onlar Rusiya və Azərbaycan vətəndaşlarıdır. 470 ton sanksiyalaşdırılmış pendir müsadirə edilib. Qaçaqmalın anbarı üç mərtəbəni tuturdu. Cəmi bir neçə ay müddətində cinayətkar qrup 2 milyard rubl dəyərində saxta mal satıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31