Tibb Universitetində baş verən yanğının səbəbləri məlum deyil
Hadisə zamanı 10 fəhlə evakuasiya olunub
2 Oktyabr 2012 15:09 KriminalAzərbaycan Tibb Universitetinin yeni tikilməkdə olan binasında baş verən yanğının səbəbləri hələ də məlum deyil. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Nəsimi rayonunda Tibb Universitetinə məxsus tikintisi başa çatmamış 13 mərtəbəli binanın 11-ci mərtəbəsindən 13-cü mərtəbəsinə qədər divar üzlüyü və taxta qəliblər 330 kv.m sahədə yanıb. Yanğın zamanı yuxarı mərtəbələrdə işləyən 10 fəhlə yanğınsöndürənlər tərəfindən təxliyyə olunub. Xəsarət alan olmayıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31