Bərdədə dəhşətli qəza, sürücü maşında yanıb öldü, 3 nəfər xəsarət aldı

Bərdədə dəhşətli yol qəzası baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Mirzalıbəyli kəndində (rayon mərkəzindən 3 km aralı) "VAZ" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğın olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, "VAZ-2107" markalı avtomobilin mühərrik hissəsi yanıb, sürücüsü ölüb, 3 nəfər sərnişin xəsarət alıb. Yanğın yanğın bölmələri çatana kimi vətəndaşlar tərəfindən söndürülüb. Xəsarət alan şəxslər Təcili Tibbi Yardım Xidməti tərəfindən xəstəxanaya aparılıb. Yanğınsöndürən-xilasedicilər sürücünün cəsədini müvafiq qaydada avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil verib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31