Qadının 460 manatını ələ keçirən şəxs tutulub

Sumqayıt şəhərində soyğunçuluq hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, Sumqayıt ŞPİ 1-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 13-də Xavər Məmmədovanın 460 manatını soyğunçuluq yolu ilə almış şəhər sakini Ramil Əliyev tutulub. İlkin araşdırma zamanı onun əvvəllər məhkum olunduğu müəyyən edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31