Şəmkirdə qətl hadisəsi törədilib
18 Avqust 2015 17:07 KriminalŞəmkir rayonunda qətl hadisəsi törədilib. DİN-dən verilən məlumata görə, rayonun Abbaslı kəndində kənd sakini Məzahim İsgəndərov həmyerlisi Rasim Qənbərliyə bıçaqla xəsarət yrtirib. R.Qənbərli xəstəxanaya aparılarkən yolda ölüb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.İsgəndərov tutulub. Ilkin araşdırma zamanı qətlin münaqişə zəminində törədildiyi müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31