Silsilə oğurluq törədən şəxs saxlanıb
18 Avqust 2015 17:05 KriminalCari il iyul ayının 15-də Qaradağ rayonunun Lökbatan qəsəbəsində yaşayan Anar Novruzovun evindən pəncərədən girmək yolu ilə 290 manat oğurlanıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş qəsəbə sakini Rəna Musayeva tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun Esmira Nəcəfovanın və Regina Babayevanın evlərindən pul, sənəd və kosmetik əşyalar oğurlaması da müəyyən edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31