Qızıl oğrusu yaxalanıb
18 Avqust 2015 17:04 KriminalDaşkəsən rayonunda oğurluq hadisəsi qeydə alınıb. DİN-dən verilən məlumata görə, avqustun 15-nə keçən gecə Daşkəsən rayonunun Yuxarı Daşkəsən qəsəbəsində qəsəbə sakini Aqil Cabbarova məxsus "VAZ-2106" markalı avtomobildən 100 manat, qızıl əşyalar və sənəd oğurlanıb. RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş həmyerlisi Elvin Məmmədov və Bakı şəhər sakini İsmayıl Əhmədov tutulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31