Qubada ev sahibi evində yandı
2 Oktyabr 2012 14:54 KriminalQubada ev sahibi mənzilində yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. "OLAYLAR"ın nazirliyin saytına istinadən yaydığı məlumata görə, hadisə rayonun Birinci Nügədi kəndində (rayon mərkəzindən 10 km aralı) baş verib. Vətəndaşa məxsus ümumi sahəsi 88 kv.m olan talvarın altında tikilmiş birmərtəbəli birotaqlı evin əşyaları və dam örtüyü 30 kv.m sahədə yanıb. Hadisə nəticəsində ev sahibi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Talvar yanğından mühafizə olunub. Yanğın saat 12:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31